Rusiya Ukrayna müharibəsi nəticəsində bir çox dünya brendləri Rusiyada fəaliyyətini dayandırıb.
Lent.az xəbər verir ki, bunlardan biri də tanınmış “Zara” geyim mağazasıdır.
Məlumata görə, iyun ayının 1-də “Zara”nı əvəz edən “Maag” brendinin Rusiyada kütləvi açılışı olacaq.
“Maag” ilə yanaşı, Ecru” və “Dub” kimi markalar üçün də butiklər açılacaq. Ümumilikdə, 60 brend mağazasının açılacağı bildirilir.
Yanvar ayında “Inditex” biznesinin Rusiya hissəsini (Zara, Massimo Dutti, Pull & Bear, Oysho, Bershka, Stradivarius və digər brendlər) satın alan “Daher Group” şirkəti gələcək onlayn mağazaların domenlərini də qeydiyyatdan keçirib.
Qeyd edək ki, “Inditex” ötən ilin martın 5-də Rusiyadakı bütün mağazaları və onlayn platformaları dayandırıb. Bundan əvvəl ölkədə onların 502 mağazası fəaliyyət göstərirdi. Rusiya bazarının payı “Inditex”in qlobal qazancının təxminən 8,5 faizini əhatə edir.