Rusiyada kömür şaxtasında uçqun oldu -YENİLƏNİB
24 mart 2022 07:59 (UTC +04:00)

Rusiyada kömür şaxtasında uçqun oldu -YENİLƏNİB

“Osinnikov” şaxtasında  1 nəfər dağıntılar altında qalıb.

Lent.az-ın xəbərinə görə, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb. Xidmətdən bildirilib ki, hazırda şaxtaçının axtarışları davam edir. 

***

07.44

Rusiyanın Kuzbas kömür hövzəsindəki “Osinnikov” şaxtasında uçqun və qaz ayrılması baş verib.

Lent.az-ın “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb. 

Qeyd olunur ki, səhər saat 4 radələrində “Osinnikov” şaxtasında uçqun və qaz ayrılması baş verib. Lakin partlayış və yanğın qeydə alınmayıb. 73 şaxtaçı yer səthinə çıxarılıb. 300-dən çox adamın təxliyəsi davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Oxşar yazılar