Rusiyanın Vladimir vilayətinin Barsovo kəndində hərbi hissədə partlayış baş verib.
Lent.az yerli mediaya istinadla bildirir ki, partlayış nəticəsində 4 nəfər həlak olub. Məlumata görə, partlayış mərmilərin boşaldılması zamanı baş verib. Bildirilir ki, mərmilər boşaldılarkən onlardan biri partlayıb.
Həlak olanlar arasında üç hərbi qulluqçu və bir mülki şəxs də var. 5 nəfər isə yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, bu gün Rostov vilayətində ən böyük neft məhsulları tədarükçüsü olan Novoşaxtinsk neft emalı zavodunda yanğın baş verib. Hadisənin “Bayraktar – TB2” tərəfindən zərbə endirilməsi nəticəsində baş verdiyi bildirilib.