Rusiya KİV-i ABŞ-ın Meta şirkəti və ona məxsus “Facebook” və “Instagram” sosial şəbəkələrinin loqolarını göstərə bilməz.
Lent.az-ın xəbərinə görə, bu barədə Roskomnadzor qərar verib.
Qurumun məlumatında deyilir ki, Rusiya KİV-nə Meta şirkəti və ona məxsus “Facebook” və “Instagram” sosial şəbəkələrinin loqolarını göstərməyə icazə verilmir. Bütün KİV Meta şirkəti barədə xəbər yaydıqda onun Rusiyada qadağan edildiyini göstərməlidir.
Qeyd edək ki, Rusiya ərazisində dünəndən “Facebook” və “Instagram” sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.