Rusiyanın Amur vilayətində bir ailə diri-diri yanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın taxta evdə baş verib. Yerli prokurorluğun məlumatına görə, ölənlərdən ikisi uşaqdır.
İstintaq nəticəsində müəyyən olub ki, yanğına səbəb qısaqapanma olub.