17 iyun 2021 20:28 (UTC +04:00)

Rusiyada benzinin qiyməti bahalaşdı

Rusiyada 7-13 iyun tarixində benzinin qiyməti orta hesabla 8 qəpik artaraq, litri 48,01 rubl təşkil edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosstat”ın məlumatında bildirilib.

Aİ-92 benzininin orta hesabla qiyməti (litri 45,26 rubl) 6 qəpik, Aİ-95-in 8 qəpik (litri 48.96 rubl), Aİ-98-in qiymət 11 qəpik (litri 55,74 rubl) artıb.  

Dizel yanacağı isə 7 qəpik bahalaşaraq 1 litri 49,77 rubla qədər qalxıb.

Qeyd edilib ki, qiymət artımı əsasən Rusiyanın 67 bölgəsini əhatə edib.

# 927
avatar

Oxşar yazılar