Rusiyada azərbaycanlıları qeydiyyata salan  cəzalandırıldı
23 dekabr 2022 17:16 (UTC +04:00)

Rusiyada azərbaycanlıları qeydiyyata salan cəzalandırıldı

Rusiyanın Həştərxan şəhərində bir neçə azərbaycanlının saxta qeydiyyatı aşkarlanıb.

Lent.az yerli KİV-ə istinadən bildirir ki, 38 yaşlı Həştərxan sakini bir neçə azərbaycanlını yaşadığı evə qeydiyyata saldırıb. Məlumata görə, azərbaycanlılar həmin evdə yaşamayıblar.

Faktla əlaqədar şəhər miqrasiya və polis şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə fakt öz təsdiqini tapıb. Hazırda həmin azərbaycanlıların digər yerlərdə də qeydiyyatda olub-olmadıqları araşdırılır.

Həştərxan sakini isə yerli qanuna müvafiq cəzalandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Mehman Nəbiyev

Oxşar yazılar