Rusiyada ötən sutka ərzində 4039 hektar ərazidə 41 meşə yanğını söndürülüb.
Lent.az-ın xəbərinə görə, bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.
Son saata olan məlumata görə, Federasiya ərazisində 79 456 hektar sahədə 156 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Saxa Respublikasındadır (Yakutiya).