Rusiya Ukraynada 5 mərtəbəli binanı atəşə tutdu, 6 nəfər öldü, 9 yaşlı uşaq...
10 iyul 2022 12:35 (UTC +04:00)

Rusiya Ukraynada 5 mərtəbəli binanı atəşə tutdu, 6 nəfər öldü, 9 yaşlı uşaq...

0

Rusiya qoşunları Donetsk vilayətinin Çasov Yar şəhərində yaşayış binasını “Uraqan” yaylım raketi ilə atəşə tutub.

Lent.az xəbər verir ki, bu barədə Donetsk Regional hərbi idarəsinin rəhbəri Pavel Kirilenko Telegram-da məlumat verib.

"Ən azı 30 insan rusların dünən gecə raketlərlə hücum etdiyi Çasov Yar şəhərində 5 mərtəbəli binanın dağıntıları altındadır", - o yazıb.

Pavel Kirilenkonun sözlərinə görə, atəş nəticəsində evin iki girişi tamamilə dağılıb. Hadisə yerinə gələn xilasedicilər dağıntılar altında qalanları xilas etməyə çalışırlar.

Hazırda xilasedicilər altı ölü və beş yaralının şəxsiyyətini müəyyənləşdirib.

Yerli sakinlərin sözlərinə görə, ən azı 34 nəfər, o cümlədən 9 yaşlı uşaq evin dağıntıları altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1544

Oxşar yazılar