Rusiya aviaşirkətlərinin Böyük Britaniyanın hava məkanına girişi qadağan edilib.
Lent.az APA-nın Britaniya bürosuna istinadən xəbər veri ki, bu barədə nəqliyyat naziri Qrant Şapps bildirib.
“Rusiyaya məxsus hava yollarının Böyük Britaniya hava məkanına daxil olmasını və Britaniya ərazisinə enməsini qadağan edən məhdudiyyətləri imzaladım”, - deyə nazir bildirib.