Dmitri Kuleba
26 fevral 2022 19:08 (UTC +04:00)

Dmitri Kuleba

Rusiya SWIFT sistemindən çıxarılır... - PROSEDUR BAŞLADI

Rusiyanın SWIFT beynəxalq maliyyə sistemindən çıxarılması üçün texniki prosedur başlayıb.

Lent.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba " Twitter"də paylaşım edib.

Paylaşımda deyilir ki, qərar hələ rəsmiləşməyib, lakin SWIFT-lə bağlı qərarın qəbulu və bu sanksiyanın həyata keçirilməsi üçün texniki hazırlıqlara artıq başlanılıb:

"Ukrayna diplomatiyasının bütün xətti - Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər, hamı işləyirdi. Bu qərarı dəstəkləmək üçün hökumətlərinə təzyiq göstərən minlərlə insana, xüsusilə də Ukrayna diasporuna da təşəkkür edirəm. Ukrayna diplomatları bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2517
avatar

Fidan İlqar

Oxşar yazılar