Rusiya ordusunun polkovnik-leytenantı  əsir düşdü
22 mart 2022 13:06 (UTC +04:00)

Rusiya ordusunun polkovnik-leytenantı əsir düşdü

0

Ukraynada Rusiya Silahlı Qüvvələrinin 58-ci ordusunun yüksək rütbəli qərargah zabiti əsir götürülüb.

Lent.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalında məlumat yayılıb. 

“Rusiya ordusu ilə atışma zamanı 128-ci xüsusi dağ hücum briqadasının hücum təyyarəsi Rusiya ordusunun 47084 saylı hərbi hissəsinin informasiya və psixoloji əks-tədbirlər qrupunun rəhbərini əsir götürüb. Döyüş zamanı Rusiya ordusunun hərbi maşınlarından biri də sıradan çıxarılıb”, - məlumatda vurğulanır. 

Əsir düşən haqda məlumatlar da verilir - Aleksandr Koşel Aleksandr, 1982-ci il təvəllüdlü, 47084 saylı hərbi hissənin daimi dislokasiya yeri - M. Vladiqafqaz Şimali Osetiya Respublikası - Alaniya.

Əsir götürülən hərbçinin polkovnik-leytenant olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3522

Oxşar yazılar