Rusiya ordusu Xarkovda 972 binanı dağıdıb, onlardan 778-i yaşayış binasıdır.
Lent.az-ın Ukrayna KİV-nə istinadla xəbərinə görə, ancaq artıq şəhərdə Xarkovun necə bərpa olunacağı müzakirə olunur.
Bu barədə şəhərin meri İqor Terexov telemarfonun efirində açıqlama verib.

Rusiya qoşunlarının davamlı atəşə tutmasına baxmayaraq, hakimiyyət müharibədən sonra şəhərin bərpası variantlarını nəzərdən keçirir.
Ümumilikdə, Xarkov vilayətindəki müharibə zamanı 450 nəfər Rusiya ordusunun atəşinin qurbanı olub.













