Britaniya hərbi kəşfiyyatı hesab edir ki, yaxın aylarda Rusiya qoşunlarının Ukraynada irəliləməsi ləngiyəcək, çünki onlar resurslarını tükəndirəcək.
Lent.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın baş naziri Boris Conson deyib.
Bununla bağlı bir çox Avropa nəşrləri məlumat yayıb.
Conson qeyd edib ki, Putin ordusu Donbasda böyük şəxsi heyət və silah itkiləri bahasına irəliləyir.
“Bizim hərbi kəşfiyyat xidmətimiz hesab edir ki, yaxın bir neçə ayda elə bir məqam gələ bilər ki, Rusiya öz resurslarını tükəndirəcək və heç bir irəliləyiş olmayacaq. Beləliklə, biz ukraynalılara dinamikanı dəyişməkdə kömək etməliyik. Mən bunu G7 sammitində bəyan edəcəm”, - deyə Britaniyanın baş naziri bildirib.
Onun sözlərinə görə, əks-hücum olacağı təqdirdə Ukrayna Qərbdən tələb etdiyi silahlarla dəstəklənməlidir.