Noyabrın 19-u 10 nəfərin ölümünə səbəb olan raket hücumu ilə əlaqədar Odessada matəm günü elan edilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu Odessa vilayəti administrasiyasının rəhbəri Oleq Kiper bildirib.
Rusiyanın Odessaya “İskəndər-M” ballistik raketi ilə hücumu nəticəsində yaralanaların sayı isə 47 nəfərdir.
***
16:58
Noyabrın 18-də Odessa yenidən raket hücumuna məruz qalıb.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, uşaqlar da daxil olmaqla 8 nəfər ölüb, 40-a yaxın insan yaralanıb. Onların arasında həkimlər, polislər, sadə mülki şəxslər var
Hərbi Hava Qüvvələrinin məlumatına görə, yerli vaxtla saat 11.57-də Rusiya ordusu Odessaya “İskəndər-M” ballistik raketi ilə hücum edib və o, hava hücumundan müdafiə vasitəsi ilə vurulub.
“Təəssüf ki, vurulan raket şəhərin Primorski rayonunun yaşayış məntəqəsinə düşüb və çoxlu dağıntıya səbəb olub.