Rusiya hərbçiləri Ukraynada qadınları zorladıqdan sonra asıblar –  İDDİA
04 aprel 2022 16:26 (UTC +04:00)

Rusiya hərbçiləri Ukraynada qadınları zorladıqdan sonra asıblar – İDDİA

Kiyev yaxınlığındakı Buça və İrpen şəhərlərində dinc əhalinin öldürülməsi çox amansızlıqdır. 

Ukraynalı qadınlar Rusiya hərbçiləri tərəfindən kütləvi şəkildə zorlanıb, sonra asılıb və yandırılıblar. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Feigin LIVE YouTube kanalının efirində məlumat verib.

“Qətllər kütləvi olub. Hazırda İrpendən 410 cəsəd çıxarılıb. Küçələrdə olanlar bunlardır. Bunlar zorlanan qadınlar, uşaqlardır, küçələrdə güllələnən insanlardır. 

Bir çox insan, hətta bəzi ekspertlər əlləri bağlı yüzlərlə insanın  başlarının arxasından güllələnərək öldürüldüyünü deyirlər. Bunlar yerli hakimiyyət nümayəndələri, sadə insanlardır”, - Arestoviç deyib. 

Onun sözlərinə görə, qadınları zorladıqdan sonra asıblar: “Jitomir şossesində - maşınlardan atılan, üst-üstə yığılan, üstlərinə dizel yanacağı səpilən və yandırmağa cəhd edilən 5 gənc qadın cəsəd var”. 

O, həmçinin əlavə edib ki, bir çox vətəndaşlar işğalçıların cinayətlərinin təsadüfən şahidi olduqları üçün öldürülüblər.

"Onlar öldürüblər və küçədə kimisə görəndə, yaxalayıb güllələməyə çalışıblar ki, şahid olmasın. Şahidləri təmizləməyə çalışıblar", - Arestoviç vurğulayıb..

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3681
avatar

Oxşar yazılar