Rusiya hərbçiləri Ukraynada it əti yeyir: “Vəziyyət çox pisdir”
31 may 2022 19:15 (UTC +04:00)

Rusiya hərbçiləri Ukraynada it əti yeyir: “Vəziyyət çox pisdir”

Ukraynada olan Rusiya qoşunlarında maddi-texniki təchizat problemi yaşandığından şəxsi heyət it əti yeyir.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Xerson vilayətinin işğal olunmuş ərazisində olan Rusiya əsgərinin dostuna yazdığı mesaj əsasında üzə çıxarıb.

Rusiyalı həbçi digərinə yazıb ki, ərzaq tükənib, çətin durumdadırlar:

"Vəziyyət çox pisdir. Ukraynalılar bizi zorlayırlar. Yeməyə heç nə yoxdur, it yeyirik...”.

UTX-dən bildirilib ki, Rusiya ordusunda bu hal ilk dəfə deyil:

“Yaşanan bu vəziyyət Rusiya televiziyasında yayımlanan "qalib ordu" şəkilləri ilə kəskin ziddiyyət təşkil edir. Mesajda da vurğulandığı kimi, qələbə yalnız mediadadır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1671
avatar

Oxşar yazılar