Rusiya futbolu da sanksiyaya məruz qaldı
28 fevral 2022 01:12 (UTC +04:00)

Rusiya futbolu da sanksiyaya məruz qaldı

FİFA Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Lent.az Apasport.az-a istnadla xəbər verir ki, bu barədə ali futbol qurumu məlumat yayıb.

Rusiyada beynəlxalq səviyyəli oyunlar keçirilməsinə qadağa qoyulub. Rusiyanın milli komandası ev matçlarına neytral meydanda çıxacaq və azarkeşsiz mübarizə aparacaq. 

Həmçinin yığma beynəlxalq yarışlarda Rusiya adı altında deyil, Rusiya Futbol İttifaqı adı ilə qüvvəsini sınayacaq. Qarşılaşmalardan öncə dövlət himni səsləndirilməyəcək və Rusiya bayrağının dalğalanmasına icazə verilməyəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986
avatar

Oxşar yazılar