Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri növbəti dəfə düşmənin planlarını alt-üst edərək Liman, Baxmut, Avdeyevka və Marinski istiqamətlərində hücum əməliyyatlarının həyata keçirilməsinə imkan verməyib.
Lent.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna SQ Baş Qərargahın “Facebook”dakı xülasəsində deyilir.
Ümumilikdə, döyüş gününün nəticələrinə görə, Ukrayna ordusu cəbhənin müxtəlif sahələrində Rusiyanın 50-dən çox hücumunu dəf edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir ki, Rusiya ordusu Ukraynada cəbhənin əsas istiqamətlərində irəliləyə bilməyib.