Rusiya Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Rövşən Əskərovu axtarışa verib.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, onun axtarışa verildiyi maddə barədə məlumat verilməyib.
Xatırladaq ki, R.Əskərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə, bir qədər əvvəl cinayət işi açılmışdı. O, sovet marşalı George Jukovu təhqir etməkdə günahlandırılırdı.