Rusiya Avropa Şurasında səsvermə hüququnu itirdi
25 fevral 2022 19:56 (UTC +04:00)

Rusiya Avropa Şurasında səsvermə hüququnu itirdi

Avropa Şurası Rusiyanın təşkilatda səsvermə hüququnu dayandırıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Avropa Şurasının Nazirlər Komitəsinin bu gün keçirilən iclasında qərar verilib.

Qərara əsasən, Rusiya Avropa Şurasının Nazirlər Komitəsində və Avropa Şurası Parlament Assambleyasındakı təmsilçilik hüquqlarından istifadə edə bilməyəcək. Bu isə o deməkdir ki, Rusiya Avropa Şurasında səsvermə hüququndan məhrum edilir.

Qeyd edək ki, bu qərar Rusiyanın fevralın 24-dən etibarən başlayan Ukraynaya hərbi müdaxiləsi ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3192
avatar

Oxşar yazılar