Bu həftə Ukraynanın qərbindəki bəzi şəhərlərə ilk dəfə hücum edən Rusiya ordusu bu gün səhər saatlarında Polşa sərhədi yaxınlığındakı Ukrayna hərbi bazasına raket zərbələri endirib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Polşa sərhədindən cəmi 10 kilometr aralıda ukraynalılara NATO-nun təlim keçdiyi Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzi yerləşirdi.

Ukrayna rəsmiləri də NATO-nun təlim bazasının vurulduğunu təsdiqləyib, yerli rəsmilər ölənlərin sayının 35-ə yüksəldiyini bildirib.

NATO Hərbi Komitəsinin rəhbəri admiral Bauer bildirib ki, Rusiyanın bazaya hücumu Qərbin hərbi təchizat və yanacaq tədarükünə “aydın cavabdır”.



