Roma əsgərinin 2000 il əvvəl  basdırdığı xəzinə tapıldı
22 aprel 2023 16:17 (UTC +04:00)

Roma əsgərinin 2000 il əvvəl basdırdığı xəzinə tapıldı

Alimlər İtaliyada qanlı vətəndaş müharibəsi zamanı bir əsgərin gizlədə biləcəyi 2000 illik Roma sikkələrindən ibarət xəzinə tapıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, arxeoloqlar on minlərlə dollar dəyərində olan 175 gümüş sikkə, Roma dinarından ibarət xəzinə tapıblar. Pul terakota qabda gizlədilib və mütləq ki, qəsdən basdırılıb. Tədqiqatçılar xəzinəni 2021-ci ildə aşkar etdilər, lakin tapıntının yerini tam olaraq araşdıra bilmələri üçün kəşfi sirr olaraq saxladılar.

Sikkələr eramızdan əvvəl 82-ci ilə aiddir. Təxminən bu dövrdə İtaliya vətəndaş müharibəsinə qərq olub. Xəzinənin tapıldığı ərazi, ehtimal ki, o zaman meşə ilə örtülüb. Xəzinənin yanında heç bir artefakt olmayıb, lakin təxminən bir kilometr aralıda Roma fermasının qalıqları tapılıb.

Sahibinin sikkələr üçün geri qayıtmadığını nəzərə alaraq, alimlər xəzinənin daha sonra döyüşdə həlak olan Roma əsgəri tərəfindən gizlədilə biləcəyini irəli sürüblər. Lakin professor, tarixçi Federiko Santanqelo bildirib ki, sikkələr çətin vaxtlarda pulunu təhlükəsiz saxlamaq istəyən bir iş adamı tərəfindən gizlədilib. Bəlkə də sonradan onları sadəcə tapa bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217
avatar

Oxşar yazılar