Ukraynanın müdafiə naziri Oleksiy Reznikov F-16 qırıcılarını idarə edə bilən xarici pilotları Ukraynanın müdafiəsinə qoşulmağa dəvət edib.
Lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Reznikov Ukrayna-Odessa Media Mərkəzində danimarkalı həmkarı Troels Lund Poulsenlə birgə keçirdiyi brifinqdə deyib.
“Bu, pilotlara da aiddir. F-16-nı idarə etməyi bilən və müharibədə iştirak etməyə hazır olan pilotlar varsa, Xarici legion qapıları açmağa hazırdır”, - Reznikov bildirib.