Rusiyanın Vologda vilayətində quşçuluq fermasında yüksək patogenli quş qripi aşkar edilib.
Lent.az xəbər verir ki, bu barədə yerli idarəetmə orqanları məlumat yayıb.
Qeyd edilib ki, xəstəlik ocağının böyüməməsi üçün təxminən yarım milyon baş quş məhv edilmək üçün toplanıb. Ərazidə karantin tətbiq olunub.