Qod Nisanov  Moskvada bu ticarət mərkəzini  də aldı
12 aprel 2024 21:15 (UTC +04:00)

Qod Nisanov Moskvada bu ticarət mərkəzini də aldı

 

Moskvanın mərkəzində, Lubyankada yeləşən məşhur "Mərkəzi Uşaq Mağazası" yəhudi əsilli azərbaycanlı iş adamlarına satılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, "Mərkəzi Uşaq Mağazası"nı Qod Nisanov və Zarax İliyevin sahibi olduqları "Kiyevskaya ploşad" şirkəti alıb.

1957-ci ildən fəaliyyət göstərən Lubyankadakı Mərkəzi Uşaq Mağazasını hansı məbləğə satıldığı açıqlanmayıb.

Qeyd edək ki, "Kiyevsakay Ploşad" Rusiyada kommersiya daşınmaz əmlakının nəhənglərindən hesab olunur. Şirkət "Forbes"ə görə ölkənin icarəçilər reytinqində birinci yerdədir. Nəşrin hesablamalarına görə, onun 2023-cü il üçün icarə gəliri 1,76 milyard dollar təşkil edib.

Şirkətə Moskvada yerləşən “Yevropeyski” və “Food City” ticarət mərkəzləri, “Depo” qida mərkəzi, “Olimpiyskiy” idman kompleksi və “Şolkovski” ticarət mərkəzləri daxildir.

# 3600
avatar

Oxşar yazılar