Qızını 3 yaşadək şkafda  saxladı - Dünya qəddar anadan  DANIŞIR
27 noyabr 2024 19:07 (UTC +04:00)

Qızını 3 yaşadək şkafda saxladı - Dünya qəddar anadan DANIŞIR

İngiltərədə üç yaşlı qızını divanın çəkməsində saxlayan qadına məhkəmə hökm çıxarıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ananın dediyinə görə, o, 2020-ci ildə uşaq dünyaya gətirib, lakin onu qeydiyyatdan keçirməyib. Onun haqqında başqalarına, hətta uşağın atasına da məlumat verməyib.

Qadın evdə hamamda doğuş etdikdən sonra qızını daim yataq dəstlərini saxladığı divan çəkməsində gizlədib. O, vaxtaşırı uşağın yanına gəlir, onu şprislə qidalandırır və uşaq bezini dəyişdirirdi.

Ailədə daha bir neçə uşaq var. Bir gün ana digər uşaqlarını məktəbə apardıqdan sonra işə gedib və kiçik qızı Milad bayramı gecəsi boyu şkafda tək qalıb.

Qız 2023-cü ildə ingilis qadının əri tərəfindən uşağın ağladığını eşidəndə aşkar edilib. Hadisə yerinə gələn mütəxəssislər həmin an yeriyə bilməyən, sürünməyən və danışa bilməyən qızcığazı müayinə edib, inkişafı on aylıq körpə səviyyəsində olub.

“O, nə gün işığına, nə də təmiz havaya məruz qalmışdı və ilk dəfə tapılan zaman öz adına cavab verməyib” deyə prokuror bildirib.

Nəticədə ana 7 il müddətinə azadlıqdan məhrum edilib. Uşaq qəyyumlara göndərilib. Onların fikrincə, qıza emosiya nümayiş etdirməyi, yemək yeməyi öyrətmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2283

Oxşar yazılar

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

5 iyun 2025 , 11:52
Tarixin ən isti ili   nə vaxt olacaq?

Tarixin ən isti ili nə vaxt olacaq?

5 iyun 2025 , 06:34
Rusiyalı model narkotik təbliğinə görə  hakim qarşısına çıxarılır

Rusiyalı model narkotik təbliğinə görə hakim qarşısına çıxarılır

5 iyun 2025 , 02:24
Tramp Putinlə danışdı

Tramp Putinlə danışdı

4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə  yatacaq

İndi də bir günə 2000 kişi ilə yatacaq

4 iyun 2025 , 19:59
Bəbir babanın yanında  5 yaşlı uşağı parçaladı

Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı

4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

3 iyun 2025 , 21:12
Ukrayna Krım körpüsünü  partlatdı -VİDEO

Ukrayna Krım körpüsünü partlatdı -VİDEO

3 iyun 2025 , 15:41