Silahlı qruplaşmanların İturi regionundakı qızıl mədəninə hücumundan sonra 35 meyit aşkar edilib.
Lent.az xəbər verir ki, bunu mədənin yerləşdiyi kəndin başçısı bildirib.
Qeyd olunub ki, ölənlər arasında uşaq və qadınlar da var. İtkin düşənlər olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Yaralılardan onunun vəziyyəti ağırdır. Ərazi meşəlik olduğu üçün ordunun müdaxiləsi gecikib.