Burkina-Fasoda qanunsuz qızıl mədəndəki dinamit anbarında partlayış baş verib.
Lent.az-ın AFP-yə istinadla xəbərinə görə, hadisə nəticəsində 60 nəfər həlak olub. Bundan başqa, 50-dən çox adam xəsarət alıb. Ölənlərin sayının artacağı istisna edilmir. Partlayışın gücündən ətrafda böyük çuxurlar açılıb.