Braziliyada qaçaqmalçılıq yolu ilə qızıl daşıyan təyyarə məhv edilib.
Lent.az-ın Braziliya Hərbi Hava Qüvvələrinə istinadən verdiyi məlumata görə, Venesuela ilə sərhədə yaxın Roraima ştatında yerləşən mədəndən qızıl qaçaqmalçılığı üçün istifadə edilən kiçik təyyarə məhv edilib.
Açıqlamada bildirilir ki, bu, qeyri-qanuni mədən hasilatı və nizamsız hava hərəkəti ilə mübarizə məqsədi daşıyan ilk aksiyadır.
Xatırladaq ki, bundan əvvəl Braziliya hakimiyyəti Amazon bölgəsindəki hava məkanını bağlamışdı. Hava məkanı əvvəlcədən planlaşdırılandan bir ay əvvəl bağlanıb.