Qırğızıstan Qazaxıstana nota göndərib - SƏBƏB
09 yanvar 2022 15:00 (UTC +04:00)

Qırğızıstan Qazaxıstana nota göndərib - SƏBƏB

Qırğızıstan hakimiyyəti Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı Qazaxıstana nota göndərib.

Lent.az bildirir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.

Onun sözlərinə görə, Qırğızıstan tərəfi Qazaxıstan hüquq-mühafizə orqanları əməkdaşlarının Qırğızıstanın “hörmətli vətəndaşı, musiqiçisi və ictimai xadimi”nə qarşı əsassız ittihamlarından narazı qalıb.

Taşiyev əminliklə bildirib ki, Qazaxıstanda saxlanılan qırğız musiqiçisi Vikram Ruzaxunov terrorçu ola bilməz:

“Çox güman ki, o, yanlış zamanda yanlış yerdə olub”.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və iğtişaşlarda iştirakda ittiham olunan Ruzaxunov tez-tez Alma-Atada qastrol səfərində olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3357
avatar

Oxşar yazılar