Patris Lumumba
25 may 2022 05:23 (UTC +04:00)

Patris Lumumba

Qətlə yetirilmiş Baş nazirin dişi vətənə qaytarılacaq

Belçika rəsmiləri Konqo Demokratik Respublikasının ilk Baş naziri olmuş Patris Lumumbanın cənazəsinin qalıqlarının qohumlarına qaytarılacağını açıqlayıb.

Lent.az-ın rtbf.be saytına istinadla xəbərinə görə, söhbət qətlə yetirilmiş baş nazirin 1 dişindən gedir. Belçika hökumətinin məlumatına görə, 20 iyunda Brüsseldə təşkil ediləcək təntətənəli mərasimdə Lumumbanın qohumları və konqolu siyasətçilər iştirak edəcək. 

Konqo mətbuatının xəbərinə görə, artıq ölkədə hazırlıqlar başlayıb. Geri qaytarılmanın 30 iyun Müstəqillik Gününədək başa çatması planlaşdırılır.

Qeyd edək ki, 2016-cı ildə Belçika prokurorluğu keçmiş polis işçisinin qızından bir diş müsadirə edib. Təhqiqat zamanı qızın atasının 1961-ci ildə Lumumbanı öldürən dəstənin üzvü olduğu ortaya çıxıb. O, mərhumun dişlərini çıxararaq özündə saxlayıb. 2020-ci ildə məhkəmə dişin Konqo Demokratik Respublikasına qaytarılmasına qərar verib. Ehtimal olunur ki, Lumumbanın daha bir dişi və barmağı da Belçikadada saxlanılır.

Xatırladaq ki, 1960-cı ildə müstəqil Konqo Demokratik Respublikasının ilk Baş naziri olmuş Lumumba 17 yanvar 1961-ci ildə katanqa qəbiləsindən olan əsgərlər tərəfindən öldürülüərək basdırılıb. Ertəsi gün cənazə çıxarılaraq turşuda əridilib. Prosesə belçikalı zabitlərin rəhbərlik etdiyi iddia olunur.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2599

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38