Marselo Ebrard
08 yanvar 2022 08:06 (UTC +04:00)

Marselo Ebrard

Qərb yarımkürəsində Avropa İttifaqına bənzər birlik yaradılsın - ABŞ-a TƏKLİF

Meksika hakimiyyəti ABŞ-a Qərb yarımkürəsində Avropa İttifaqına (Aİ) bənzər birlik yaratmaq imkanını nəzərdən keçirməyi təklif edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Meksikanın xarici işlər naziri Marselo Ebrard Latın Amerikası və Karib Hövzəsi İcmasına üzv olan dövlətlərin xarici işlər nazirlərinin görüşü ilə bağlı Argentinaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Meksika ABŞ-a daha çox Aİ-yə bənzəyən birlik yaratmağa doğru addım atmağı təklif etdi. Amerika Dövlətləri Təşkilatı artıq çox köhnəlib. Buna görə də fərqli bir şey yaratmaq təklif edildi. Biz bir olsaq, uğur qazanacağıq”, deyə nazir vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Ekvador Prezidenti Qilermo Lasso Latın Amerikası və Karib hövzəsi ölkələri arasında Avropa İttifaqı prinsipi əsasında inteqrasiya proseslərinin qurulmasını təklif etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900
avatar

Oxşar yazılar