Qazaxıstanda iğtişaşlar zamanı ölənlər və yaralılar – SAY AÇIQLANDI  -YENİLƏNİB
09 yanvar 2022 18:37 (UTC +04:00)

Qazaxıstanda iğtişaşlar zamanı ölənlər və yaralılar – SAY AÇIQLANDI -YENİLƏNİB

İğtişaşlar nəticəsində ölkənin müxtəlif bölgələrində 2265 nəfər tibbi yardım üçün müraciət edib.

Lent.az bildirir ki, bu barədə ölkənin “Xəbər-24” telekanalı xəbər verir.

Müraciət edənlər ən çox Alma-Ata şəhərində olub - 1100 nəfər. Alma-Ata vilayətində 300-ə yaxın, Jambil və Qızılorda vilayətlərində isə 200 nəfər tibbi yardım istəyib.

Telekanalı xəbər verir ki, 719 xəstə stasionar şəraitdə müalicə alır.

 

***

Saat 15:57

 

Qazaxıstanda iğtişaşlar zamanı 164 insan həlak olub.

Lent.az bildirir ki, bu barədə ölkənin “Xəbər-24” telekanalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bəri Alma-Ata şəhərində 103 nəfər ölüb. Qızılorda vilayətində - 21 nəfər, Jambil vilayətində - 10 nəfər, Alma-Ata bölgəsində isə səkkiz nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4302
avatar

Oxşar yazılar