Qazaxıstanın Jambıl vilayətinin polis departamentinin rəisi general Janak Süleymanov intihar edib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, adı çəkilən vilayət iğtişaşların ən çox vüsət aldığı regiondur. Məlumata görə, Süleymanov barəsində cinayət işi qaldırılmışdı.
Yerli qanunvericiliyə görə, onu uzun müddət həbs gözləyirdi.
Qeyd edək ki, o, 1980-ci ildən polis orqanlarında çalışıb. 2020-ci ildən hazırki vəzifəsinə təyin olunub.