Qatar relsdən çıxdı, 8 nəfər öldü, yüzdən çox yaralı var -  YENİLƏNİB
18 aprel 2021 19:27 (UTC +04:00)

Qatar relsdən çıxdı, 8 nəfər öldü, yüzdən çox yaralı var - YENİLƏNİB

Misirin paytaxtı Qahirənin şimalındakı Qalyubia əyalətində qatarın relsdən çıxması nəticəsində 8 nəfər həlak olub, 109 nəfər yaralanıb. 

Lent.az bildirir ki, bu barədə "Al Arabia" telekanalı Misirin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. 

***

18:23

Misirdə Qahirənin şimalındakı Qalyubia əyalətində bir qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə regionun administrasiyası məlumat verib.

Əl-Ərəbiyyə telekanalının ilkin məlumatında qatar qəzasında səkkiz nəfərin öldüyü və 20-dən çox insanın yaralandığını bildirilmişdi. Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb.

Sonradan qeyd olunub ki, qəzada 109 vətəndaş xəsarət alıb.

Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.

# 1701
avatar

Oxşar yazılar