Haiti prezidentinin dünyanı silkələyən sui-qəsdinin qan donduran təfərrüatları üzə çıxıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, prezident Jovenel Moizin öldürən, birinci ledini də ağır yaralayan hələ şəxsiyyəti müəyyənləşdirilməyən təcavüzkarların özlərini ABŞ agentləri kimi təqdim etdikləri açıqlaması bütün dünyanı sarsıdıb.
ABŞ-dan İngiltərəyə qədər bir çox ölkə tərəfindən qınanan sui-qəsddə prezident Moizi ABŞ Narkotiklə Mübarizə Agentliyinin (DEA) agenti olduqlarını iddia edən' silahlı şəxslərin öldürdüyü iddia edilir.
Fransız dilində danışan ölkənin baş nazirinin açıqlamasına görə, bəziləri ingilis və ispan dillərini bilən bir qrup "əcnəbi" çərşənbə günü gecə saat 1 radələrində Moizin Port-a-Princedəki evinə girib.
Nəticədə 53 yaşlı prezident öldürülüb, 47 yaşlı birinci ledi Martin ağır yaralanıb. O, müalicə üçün Myamiyə aparılıb.
Bir şahid tərəfindən qeydə alındığı iddia edilən görüntülərdə bir amerikalı ləhcəli bir adam megafona "DEA əməliyyatı. Hamı geri çəkilir. DEA əməliyyatı. Hamı geri çəkilir, geri çəkilir", - deyə qışqırır.