Afon yarımadası
16 yanvar 2022 17:27 (UTC +04:00)

Afon yarımadası

Qadınların girişinin qadağan olunduğu ölkədə -Zəlzələ

Afon yarımadası yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.

Lent.az-ın xəbərinə görə, bu barədə Afina Universitetinin Seysmoloji Laboratoriyası məlumat yayıb.

Yerli vaxtla saat 13.48 radələrində baş verən zəlzələnin ocağı Yunanıstanın tərkibində olan və yalnız kişi rahiblərin yaşadığı, qadınların girişinin isə qadağan olunduğu respublikanın inzibati mərkəzi Kariedən 34 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.

İlk təkandan 3 dəqiqə sonra 4 maqnitudalı afterşok qeydə alınıb.

Qeyd edək ki, Afon Cənubi-şərqi Yunanıstanın Halkidiki yarımadasından Egey dənizinə tərəf uzanan 3 dar və uzun yarımadan biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2853
avatar

Oxşar yazılar