Avstraliyadakı turizm agentliklərindən biri əməkdaşlarına sürpriz edib.
Lent.az-ın xəbərinə görə, müəssisə rəhbəri işçilərinə İndoneziyanın Bali adasında böyük bir villa kirayə götürməyi tapşırıb.
Bu zaman heç kimin ağlına gəlməyib ki, villa onlar üçündür. Qadın ertəsi gün hamının işə pasportla gəlməsini tələb edib. Həftənin sonu üçün bütün heyətə bilet alınıb. İşçilər 14 günü Balidə keçiriblər. Burada onlar həm istirahət ediblər, həm də büronun işini aparıblar.
Büronun rəhbəri yerli mediaya bildirib ki, koronavirus pandemiyası iş görmək üçün ofisə gəlməyin şərt olmadığını sübut edib. İndi İndoneziyada oturub Avstraliyadakı işlərimizi həll edirik. Həm də daha yüksək keyfiyyətlə.