İngiltərə Putinin sevgilisi olduğu iddia edilən məşhur gimnast Alina Kabaevaya və bir neçə qohumuna sanksiya tətbiq edib.
Lent.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat yayılıb.
Sanksiya tətbiq siyahısında prezidentin əmisi oğlanları Roman və İqor Putin, habelə əmisi nəvələri Mixail Putin, Mixail Şelomov da var.
Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Ocheretnaya da sanksiya tətbiq edilənlər arasındadır.
Yeni sanksiyalara aktivlərin dondurulması, İngiltərəyə giriş və ya çıxış qadağası daxildir.