Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusun “Omicron” ştammına yoluxub.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, Peskov virusa yoluxduğunu təsdiqləyərək səkkiz gün təcrid olunmuş rejimdə işlədiyini bildirib.
İnfeksiyaya görə Kremlin nümayəndəsi Pekində keçirilən Olimpiya oyunlarının açılış mərasimində iştirak edə bilməyib. Onun xəstəliyi yüngül formada keçirdiyi də vurğulanır.
Peskov bundan əvvəl də COVID-19-a yoluxub. 2020-ci ilin may ayında infeksiyaya görə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.