Putinin iqamətgahını tikən biznesmenə  HÖKM OXUNDU
28 iyun 2022 15:29 (UTC +04:00)

Putinin iqamətgahını tikən biznesmenə HÖKM OXUNDU

Rusiyalı milyarder Dmitri Mixalçenkoya Putinin iqamətgahının tikintisi zamanı mənimsəməyə görə hökm oxunub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, Moskva məhkəməsi milyarder Dmitri Mixalçenkonu Rusiya prezidenti Vladimir Putinin Novo-Oqaryovodakı iqamətgahının tikintisi zamanı mənimsəmə işi üzrə 20 il azadlıqdan məhrum edib.

"Forum" holdinqinin baş direktoru olan təqsirləndirilən şəxs cəzasını ciddi rejimli həbsxanada çəkəcək. Məhkəmə həmçinin onu 1 milyon rubl (təxminən 31 min 200 manat) cərimələyib.

Müstəntiqlərin fikrincə, biznesmen Federal Mühafizə Xidmətinin işçiləri ilə əlaqələrindən istifadə edərək, özünü və onun nəzarətində olan insanları “zənginləşdirmək” üçün dövlət müqavilələri əsasında büdcə vəsaiti almaq imkanı əldə edib. Nəticədə 1,2 milyard rubl (təxminən 37 milyon 440 min manat) oğurlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3507
avatar

Oxşar yazılar