Avropa İttifaqının xarici işlər nazirləri Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovu sanksiya siyahsına salmaq istəyir.
Lent.az-ın xəbərinə görə bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.
Aİ diplomatları bu addımı Rusiyanın “DXR” və “LXR”in “müstəqilliyini” tanımasına cavab olaraq atıblar.
Bir müddət əvvəl Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Putin və Lavrovun aktivlərini donduracaqlarını, lakin hərəkət məhdudiyyəti qoymayacaqlarını bildirmişdi.