Türkmənistan prezidenti, bu ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Serdar Berdiməhəmmədova ordu generalı hərbi rütbəsi verilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Türkmənistan parlamentinin müvafiq qərarı “Neytral Türkmənistan” hökumət qəzetində dərc olunub.
Parlamentin qərarında qeyd edilir ki, bu qərar “Türkmənistan Konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq” qəbul edilib.
Yanvarın 27-də Türkmənistanda Vətən Müdafiəçiləri Günü qeyd olunur.
Türkmənistanın eks-prezidenti, Serdar Qurbanqulu Berdiməhəmmədovun atası da ordu generalı hərbi rütbəsinə malikdir.