Polşa Rusiya ilə sərhədə  hərbi texnika yerləşdirəcək
01 may 2024 07:23 (UTC +04:00)

Polşa Rusiya ilə sərhədə hərbi texnika yerləşdirəcək

Polşa Silahlı Qüvvələri Şimali Atlantika Alyansının “Sabit Müdafiəçi 2024” təlimləri ilə əlaqədar olaraq ölkənin şimalına, o cümlədən Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə kütləvi şəkildə hərbi texnika yerləşdirəcək.

Lent.az xəbər verir ki, bu barədə Polşanın Silahlı Qüvvələri məlumat yayıb.

“Xahiş edirik ki, yaxın vaxtlarda xüsusilə diqqətli olasınız, çünki yollarda çoxsaylı hərbi kolonlarla rastlaşa bilərsiniz”, - deyə məlumat qeyd edilir.

# 1806
avatar

Oxşar yazılar