Polisə Molotov kokteyli atıldı-FOTO
08 mart 2023 01:35 (UTC +04:00)

Polisə Molotov kokteyli atıldı-FOTO

Tbilisidə polis xüsusi təyinatlıları parlament binası qarşısına toplanmış etirazçıları su şırnağı və gözyaşardıcı qaz tətbiq edərək dağıdıb. 

APA-nın Tbilisi müxbiri xəbər verir ki, polisin müdaxiləsindən sonra parlamentin girişlərinin olduğu küçələrə, eləcə də Rustaveli prospektinə toplanmış etirazçılar ətraf küçələrə dağılışıblar.

Müdaxilə zamanı etirazçılar yandırıcı maddələr, eləcə də daşlarla polisə müqavimət göstəriblər. Parlament binasına, eləcə də xüsusi təyinatlılara Molotov kokteylləri atılıb. Polis aksiyaçılara qarşı əməliyyatı davam etdirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2532
avatar

Oxşar yazılar