Polis məntəqəsinə hücum - 8 ÖLÜ, 57 YARALI
25 aprel 2023 02:02 (UTC +04:00)

Polis məntəqəsinə hücum - 8 ÖLÜ, 57 YARALI

Pakistanın Svat bölgəsində polis məntəqəsini hədəf alan bombalı hücumda 8 polis əməkdaşının öldüyü, 57 nəfərin yaralandığı bildirilib.

Lent.az xəbər verir ki, Pakistan mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Svat bölgəsində həyata keçirilən hücumda Pakistan Terrorla Mübarizə Bölməsi (CTD) hədəf alınıb.

Bombalı hücumda iki partlayışın olduğu və polis idarəsinin binasının tamamilə dağıldığı qeyd edilib. İlkin məlumata görə, hücumda 8 polis əməkdaşı həyatını itirib, 57 nəfər isə yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Yerli mətbuata açıqlama verən polis rəsmisi hadisənin kamikadze tərəfindən törədildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Oxşar yazılar