Misirdə məhbusların polis bölməsinə hücumu nəticəsində azı dörd təhlükəsizlik işçisi həlak olub.
Lent.az xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik xidmətindəki iki mənbəyə istinadən məlumat yayıb.
Daha 6 nəfər xəsarət alıb. Ölənlər arasında polis polkovniki də var.
Agentliyin məlumatına görə, bir qrup məhbus Sinay yarımadasının şimalında yerləşən El Ariş şəhərinin mərkəzi polis idarəsində silah-sursat ələ keçirərək təhlükəsizlik əməkdaşlarına hücum edib.
Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.