Etik davranış qaydalarına riayət etməsəniz 10 funt (22 AZN) cərimə oluna bilərsiniz
Lent.az xəbər verir ki, Uelsdə poçt şöbələrindən birində maraqlı hadisə baş verib. Böyük Britaniyanın bu ərazisindəki poçt şöbəsinə daxil olan müştəri işçilərə qarşı kobud və şəxsiyyəti alçaldacaq hərəkət edərsə 10 funt sterlinq cərimə ödəməlidir. Kobud müştərilər üçün nəzərdə tutulan bu cərimə gorənlərin həm marağına, həm də məsələ ilə bağlı irad tutmasına səbəb olub.
Poctun pəncərəsinə vurulan afişanı pocta daxil olan hər kəs görə bilər.