PKK hərbi bazanı atəşə tutdu - 4 türk əsgəri yaralandı
16 aprel 2023 22:56 (UTC +04:00)

PKK hərbi bazanı atəşə tutdu - 4 türk əsgəri yaralandı

Terror təşkilatı PKK/YPG Suriyanın şimalında, Türkiyə Silahlı Qüvvələrinin “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyat bölgələrindəki bazalarını atəşə tutub. 

Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, terrorçuların hücumu nəticəsində 4 türk əsgəri yaralanıb. Onlar Kilis Dövlət Xəstəxanasına çatıdırlıb. 

Terrorçuların mövqeləri müəyyən edilərək antiterror əməliyyatı başladılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178
avatar

Oxşar yazılar